Anqora dovşanlarının nəsli yenidən canlandırılır: Sayları 130-a çatıb - VIDEO - Admenasi
Maraqli

Anqora dovşanlarının nəsli yenidən canlandırılır: Sayları 130-a çatıb – VIDEO

Anqora dovşanı nəslinin qorunub saxlanılması və yenidən artırılması məqsədilə başladılan layihə uğurlu nəticə verib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Türkiyədə 1700-cü illərdə nəsli kəsilən Anqora dovşanının yenidən paytaxt bölgəsinə qazandırılması üçün Elmadağ Bələdiyyəsi 2022-ci ildə Hollandiyadan 2 cüt dovşan gətirib. Rayonda həyata keçirilən “Rəngli Kənd” layihəsi çərçivəsində “Dovşan Adası” yaradılıb və burada bu günədək 130 Anqora dovşanı yetişdirilib.

Uzun və yumşaq tükləri ilə tanınan, Ankaradan bütün dünyaya yayılan Anqora dovşanları 2024-cü ildən etibarən ziyarətçilər üçün ödənişsiz açıq elan olunub. İlkin mərhələdə turizm yönümlü planlaşdırılan mərkəzdə, eyni zamanda Anqora dovşanının yunundan sənaye məqsədilə istifadə imkanları üzərində də işlərə başlanılıb.

Layihənin əsas məqsədi Türkiyədə nəsli kəsilmiş Ankara dovşanını yenidən ana vətənində yaşatmaq və ona iqtisadi dəyər qazandırmaqdır.

“Dovşan Adası”nın məsul şəxsi Gül Alçıkaya bildirib ki, xüsusi qayğı tələb edən bu dovşanlara qulluq üçün 6 ay təlim keçib. Onun sözlərinə görə, məqsədləri Ankara dovşanını yenidən rayon və ölkə miqyasında yaymaq olub:

“4 dovşanla başladığımız nöqtədə bu gün 120-130 dovşana çatmışıq. Mərkəzimiz turizm baxımından da böyük maraq görür. Yay mövsümündə gündəlik 300-400 ziyarətçi qəbul edirik. Yerli və xarici turistlər dovşanların görünüşündən çox təsirlənirlər.”

Layihənin gələcəkdə həm bioloji müxtəlifliyin qorunmasına, həm də bölgənin turizm və iqtisadi potensialının artmasına töhfə verəcəyi gözlənilir.

Video ucun menbeyey baxin: https://sonxeber.az/386502/anqora-dovsanlarinin-nesli-yeniden-canlandirilir-saylari-130-a-catib-video

Mənbə: https://sonxeber.az/386502/anqora-dovsanlarinin-nesli-yeniden-canlandirilir-saylari-130-a-catib-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button