Ailələrinə tutulmamaq üçün özlərini 4-cü mərtəbədən atan gənc sevgililərdən xəbər var – VİDEO

İstanbulun Ümraniyə rayonunda baş verən ağır hadisədən sonra pəncərədən atılan gənclərin son vəziyyəti açıqlanıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 4-cü mərtəbədən yerə düşən gənc qızın ağciyərləri ciddi zədələnib və o, hazırda reanimasiyada müalicə olunur. Oğlanın isə vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Hadisə gəncin sevgilisinin evində olduğu vaxt baş verib. İddiaya görə, gənc qızın qardaşı qəfil evə gəldiyi üçün oğlan panikaya düşərək pəncərəyə çıxıb. Bir müddət pəncərədən asılı vəziyyətdə qalan gənc daha sonra özünü hündürlükdən aşağı atıb.
Sevgilisini yerdə hərəkətsiz halda görən gənc qız da təşviş içində özünü pəncərədən atıb. İlkin ehtimallara görə, gənclər ailələrindən çəkinərək bu addımı atıblar.
Hadisə anı ətrafdakı şəxslər tərəfindən mobil telefonla lentə alınıb. Gənclərin yerdə uzanıqlı vəziyyətdə olduğunu görən ailə üzvlərinin hadisə yerində əsəb sarsıntısı keçirdiyi bildirilir. Kadrlarda qızın qardaşının fəryad edərək “Ölmə, sənə nəsə olmasın!” deyə qışqırdığı eşidilir.
İctimaiyyətdə böyük rezonans doğuran hadisə ilə bağlı araşdırmalar davam edir.
Video ucun menbeyey baxin: https://sonxeber.az/386499/ailelerine-tutulmamaq-ucun-ozlerini-4-cu-mertebeden-atan-genc-sevgililerden-xeber-var-video



