Dəhşətli görüntülər Hindistandan: Evlər qar uçqunun altında qaldı – VİDEO

Hindistanın dağlıq bölgəsində baş verən qar uçqunu saniyələr içində yaşayış yerlərini ağ örtüyə bürüdü.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, dağın yamacından ayrılan böyük qar kütləsinin evlərin üstünə tökülən anları ərazidəki sakinlər tərəfindən dəhşət içində kameraya alınıb.
Hadisədən sonra aparılan ilkin araşdırmalarda, böyük bir şans sayəsində hər hansı can itkisinin və ya xəsarət alanın olmadığı bildirilib. Rəsmi şəxslər binalarda ciddi struktur zədənin yaranmadığını, yalnız xarici hissələrdə və ətraf mühitdə kiçik ziyanlar olduğunu açıqlayıb.
Video ucun menbeyey baxin: https://sonxeber.az/386494/dehsetli-goruntuler-hindistandan-evler-qar-ucqunun-altinda-qaldi-video
Mənbə: https://sonxeber.az/386494/dehsetli-goruntuler-hindistandan-evler-qar-ucqunun-altinda-qaldi-video



