Uşağın gözü önündə atasını döydülər - VİDEO - Admenasi
Hadise

Uşağın gözü önündə atasını döydülər – VİDEO

Türkiyənin Kocaeli vilayətinin turizm bölgəsi olan Kartepedə dördtəkərli motorlu vasitələrlə təbiət ərazilərində təşkil olunan qısa gəzinti (ATV turu) keçirən şəxslər mübahisə etdikləri vətəndaşlara qadın və uşaqların yanında hücum ediblər. Hadisə möhürlənmiş Kartepe Green Park Otelin ərazisində baş verib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, iddialara görə, turu təşkil edən şəxslərlə əraziyə gələn vətəndaşlar arasında mübahisə yaranıb. Gərginliyin artmasından sonra qrupda bələdçi olduğu deyilən şəxs digər əməkdaşları hadisə yerinə çağırıb.

Digər işçilərin də gəlməsi ilə mübahisə davaya çevrilib. Turu təşkil edən şəxslər 15 yaşlı dostlarının yumruq yediyini iddia edərək vətəndaşlara hücum ediblər. Hadisə zamanı bir uşaq atasının döyüldüyünü görərək göz yaşlarına boğulub.

Video ucun menbeyey baxin: https://sonxeber.az/386477/usagin-gozu-onunde-atasini-doyduler-video

Mənbə: https://sonxeber.az/386477/usagin-gozu-onunde-atasini-doyduler-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button