“Elit” aptek əhaliyə saxta termometr satır – ŞİKAYƏT

Paytaxt sakinlərindən biri Qara Qarayev ərazisində yerləşən “Elit” aptekdən aldığı termometrlərlə bağlı ciddi narazılığını bildirib.
Valideynin sözlərinə görə, alınan hər iki termometr nasaz olub və yanlış temperatur göstərib.
Şikayətçi iddia edir ki, termometrlərdən biri istifadədən əvvəl civəsinin dağılmış vəziyyətdə olduğu halda satılıb, digəri isə bədəndə hərarət olmadığı halda 39 dərəcəyə yaxın nəticə göstərib. Onun sözlərinə görə, cihazın 39.9 dərəcə göstərməsi ailədə təşviş yaradıb və valideynlər uşağa hərarətsalıcı dərman veriblər.
Valideyn bildirir ki, sonradan uşağın vəziyyəti pisləşib və aparılan yoxlama zamanı əslində uşağın hərarətinin olmadığı məlum olub. Yəni istifadə edilən termometrin temperaturu səhv ölçdüyü üzə çıxıb.
Şikayətçi məhsulları geri qaytarmaq üçün aptekə müraciət etdiyini də qeyd edib. İddialara görə, satıcı termometri özü üzərində yoxlayarkən cihazın onda da yüksək temperatur göstərdiyi ortaya çıxıb.
Məsələ ilə bağlı apteklə əlaqə saxlasaq da, cavab verən olmayıb.
Mənbə: https://sonxeber.az/386474/elit-aptek-ehaliye-saxta-termometr-satir-sikayet



