Hakim Rəna Qafarova rüşvət almaqla ittiham olunur - ŞİKAYƏT - Admenasi
Sosial

Hakim Rəna Qafarova rüşvət almaqla ittiham olunur – ŞİKAYƏT

Satış meneceri vəzifəsində çalışmış Süleymanova Elza Naməddin qızı işlədiyi “Xəmsə Palace-2021” MTK tərəfindən ona əvvəlcədən heç bir məlumat verilmədən və qanunsuz şəkildə işdən çıxarıldığını bildirir. O, pozulmuş əmək hüquqlarının bərpası məqsədilə işə bərpa tələbi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edib.

Məsələ ilə bağlı Elza Süleymanova özü Sonxeber.az -a məlumat verib.

Belə ki, iş məhkəmədə e-2(009)-1996/2025 nömrəsi ilə icraata götürülüb və hakim Rəna Qafarovanın icraatında olub. Lakin iddiaçı tərəf bildirir ki, məhkəmə prosesi zamanı yol verilən bir sıra prosessual və maddi hüquq pozuntuları nəticəsində onun əmək hüquqlarının müdafiəsi təmin olunmayıb.

Elza Süleymanovanın sözlərinə görə, iddia ərizəsi məhkəməyə 11.08.2025-ci il tarixində daxil olub. Azərbaycan qanunvericiliyinə əsasən, işə bərpa ilə bağlı mübahisələrə ərizə daxil olduğu gündən iki aydan gec olmayaraq baxılmalı və qətnamə qəbul edilməlidir.

Lakin iddiaçı bildirir ki, bu tələbə əməl olunmayıb və məhkəmə yekun qərarı yalnız 06.11.2025-ci il tarixində qəbul edib. Bu isə qanunla müəyyən edilmiş prosessual müddətin açıq şəkildə aşılması kimi qiymətləndirilir.

Şikayətdə diqqət çəkən məqamlardan biri də məhkəmə prosesinin gedişi zamanı hakimin davranışları ilə bağlıdır.

İddiaçı tərəfin bildirdiyinə görə, iş üzrə keçirilən məhkəmə iclaslarının heç birində cavabdeh şirkət nümayəndəsi iştirak etməyib. Halbuki onların iclasların vaxtı və yeri barədə məlumatlandırıldığı qeyd olunur.

Buna baxmayaraq, hakim məhkəmə iclası davam etdiyi halda sistem üzərindən cavabdeh tərəfin əlaqə nömrəsini əldə edərək onlarla əlaqə saxlamağa çalışıb. Şikayətçi hesab edir ki, bu, hakimin prosessual neytrallıq prinsipinə zidd davranışı kimi qiymətləndirilməlidir və məhkəmənin tərəfsizliyinə kölgə salır.

İddiaçı həmçinin sübutların qiymətləndirilməsi zamanı ciddi pozuntulara yol verildiyini bildirir.

Belə ki, cavabdeh tərəf məhkəmə baxışı mərhələsində – yəni sübutların təqdim edilməsi üçün nəzərdə tutulmuş ilkin mərhələ başa çatdıqdan sonra – guya işdən çıxarılma ilə bağlı bildirişin göndərildiyini sübut edən poçt qəbzi təqdim edib. İddiaçı tərəf hesab edir ki, bu sənəd prosessual qaydalara zidd olaraq qəbul edilib.

Mənbə: https://sonxeber.az/386390/hakim-rena-qafarova-rusvet-almaqla-ittiham-olunur-sikayet

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button