İran İsrail adından casusluq edən şəxsi edam etdi - Admenasi
Hadise

İran İsrail adından casusluq edən şəxsi edam etdi

İranda, İsrail kəşfiyyat xidməti Mossad adından fəaliyyət göstərdiyi iddia olunan Hamidrıza Sabit İsmailpur edam edilib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Tesnim İsmailpurun edamı ilə bağlı İranın Məhkəmə Hakimiyyəti tərəfindən yayılan rəsmi açıqlamanı paylaşıb.

Açıqlamada bildirilir ki, İsmailpur 29 aprel 2025-ci ildə “Mossad ilə əlaqə quraraq gizli sənədləri qarşı tərəfə ötürmək, partlayıcı yüklü avtomobillərin şəhərlərarası daşınmasında iştirak etmək və sabotaj fəaliyyətlərinə logistika dəstəyi vermək” ittihamları ilə saxlanılıb.

İsmailpur “düşmən kəşfiyyat xidməti üçün casusluq” ittihamı ilə məhkum edilərək ölüm cəzası icra olunub.

Mənbə: https://sonxeber.az/386444/iran-israil-adindan-casusluq-eden-sexsi-edam-etdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button