Sosial
Sabah Bakıya intensiv yağış yağacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 29-u günün birinci yarısında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Bu barədə Sonxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə yağıntının intensiv olacağı ehtimalı var.
Mənbə: https://sonxeber.az/386428/sabah-bakiya-intensiv-yagis-yagacaq-xeberdarliq



