Həyat yoldaşının ölü tapıldığı maşının şüşəsinə vurub ağladı: "Nə olar ayağa qalx" - VİDEO - Admenasi
Hadise

Həyat yoldaşının ölü tapıldığı maşının şüşəsinə vurub ağladı: “Nə olar ayağa qalx” – VİDEO

Antalyada həyat yoldaşı Habip Topçunun avtomobildə ölü tapıldığı xəbərini alan Özge Çevik Topçu göz yaşları içində avtomobilin şüşəsinə vuraraq, “Sənə həkimə get demişdim. Nə olar qalx, sevgilim” deyə fəryad edib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə səhər saat 08:00 radələrində Muratpaşa rayonunun Cumhuriyyət məhəlləsində yerləşən sənaye zonasında baş verib. Korkuteli rayonunda motosiklet təmiri ilə məşğul olan Habip Topçu ehtiyat hissə almaq üçün səhər tezdən 07 SET 56 dövlət nömrə nişanlı avtomobili ilə şəhər mərkəzindəki sənaye sahəsinə gəlib. Buradakı bir iş yerindən aldığı hissələri avtomobilinə yerləşdirən Topçu daha sonra sürücü oturacağına əyləşib.

Avtomobildən davamlı olaraq qaz pedalına basılma səsi gəldiyini görən ətrafdakılar vəziyyətdən şübhələniblər. Onlar avtomobilə yaxınlaşaraq Topçuya səslənsələr də cavab ala bilməyiblər. Daha sonra şüşəyə vurub qapını açan şəxslər sürücünün hərəkətsiz olduğunu görərək təcili tibbi yardıma məlumat veriblər. Hadisə yerinə gələn həkim briqadası Habip Topçunun həyatını itirdiyini müəyyən edib.

Ölüm xəbərini alan yaxınları da hadisə yerinə gəlib. Həyat yoldaşı Özge Çevik Topçu əri ilə vidalaşarkən göz yaşlarına boğulub, ətrafdakılara “Nə oldu?” deyə suallar verib. Daha sonra avtomobilin sürücü tərəfdəki şüşəsinə vuraraq uzun müddət ağlayıb. Yaxınları onu sakitləşdirməyə çalışsa da, qadın başını avtomobilin şüşəsinə söykəyərək göz yaşı tökməyə davam edib.

Polisin hadisə yerində apardığı araşdırmalardan sonra Habip Topçunun meyiti məhkəmə-tibbi ekspertizaya göndərilib. Onun ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Bildirilir ki, Topçu bir müddətdir yaxınlarına səhhətində ağrılar olduğunu deyirmiş.

Video ucun menbeyey baxin: https://sonxeber.az/386419/heyat-yoldasinin-olu-tapildigi-masinin-susesine-vurub-agladi-ne-olar-ayaga-qalx-video

Mənbə: https://sonxeber.az/386419/heyat-yoldasinin-olu-tapildigi-masinin-susesine-vurub-agladi-ne-olar-ayaga-qalx-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button