Vətəndaşların bağlamaları günlərdir gömrükdə gecikir, narazılıq artır - ŞİKAYƏT - Admenasi
Sosial

Vətəndaşların bağlamaları günlərdir gömrükdə gecikir, narazılıq artır – ŞİKAYƏT

Son günlər bir sıra vətəndaşlara məxsus xaricdən sifariş edilmiş bağlamaların statusu ilə bağlı ciddi gecikmələr müşahidə olunur.

Sonxeber.az -a müraciət edən vətəndaşlardan birinin iddiasına görə, bağlamaların gömrük prosesi günlərdir tamamlanmır və sistemdə heç bir yenilənmə aparılmır.

Kargo şirkətləri vətəndaşlara bildirilər ki, bağlamalarla bağlı prosedurlar hələ Dövlət Gömrük Komitəsi tərəfindən yekunlaşdırılmayıb və prosesin başa çatması üçün gözləmək lazımdır. Lakin narazılıq doğuran məqam ondan ibarətdir ki, bu vəziyyət artıq bir neçə gündür dəyişməz olaraq qalır.

Vətəndaşlar demək olar ki, hər gün kargo şirkətləri ilə əlaqə saxlayır, lakin aldıqları cavab dəyişmir: “Gözləyin, proses davam edir.” Buna baxmayaraq, sistemdə nə hərəkət, nə də irəliləyiş görünür.

Bağlamaların gömrükdə günlərlə saxlanılması xüsusilə içərisində şəxsi istifadə əşyaları, sifarişlə alınmış məhsullar və ya vaxtında çatdırılması vacib olan mallar olan şəxslər üçün əlavə çətinlik yaradır.

Mövcud vəziyyət vətəndaşların haqlı narazılığına səbəb olub. Onlar bağlamaların gömrük prosedurlarının niyə bu qədər uzanması ilə bağlı rəsmi və aydın izah verilməsini gözləyirlər.

Mənbə: https://sonxeber.az/386407/vetendaslarin-baglamalari-gunlerdir-gomrukde-gecikir-naraziliq-artir-sikayet

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button