"Qarabağ"la "Qalatasaray" meydana çıxır: Hansı kanallar yayımlayacaq? - Admenasi
Idman

“Qarabağ”la “Qalatasaray” meydana çıxır: Hansı kanallar yayımlayacaq?

Bu gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin VIII turunun oyunları keçiriləcək.

Qaynarinfo xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” və Türkiyə Super Liqasının qalibi “Qalatasaray” da meydana çıxacaq.

Maraqlıdır ki, hər iki komanda İngiltərədə oynayacaq və bu ölkənin nəhəng klubları ilə qarşılaşacaq. Belə ki, “Qarabağ” “Liverpul”un, “Qalatasaray” “Mançester Siti”nin qonağı olacaq.

“Liverpul” – “Qarabağ” görüşünü Azərbaycanda azarkeşlərə “İctimai TV” təqdim edəcək. “Mançester Siti” – “Qalatasaray” matçını isə “CBC Sport” yayımlayacaq.

Qeyd edək ki, son turun bütün oyunları eyni gündə keçiriləcək və eyni saatda – Bakı vaxtı ilə 00.00-da başlayacaq.

Mənbə: https://sonxeber.az/386395/qarabagla-qalatasaray-meydana-cixir-hansi-kanallar-yayimlayacaq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button