Kosmik teleskop kainatdakı qaranlıq maddənin xəritəsini tərtib etdi - Admenasi
Maraqli

Kosmik teleskop kainatdakı qaranlıq maddənin xəritəsini tərtib etdi

Alimlər “Ceyms Uebb” kosmik teleskopundan əldə olunan şəkillərdən istifadə edərək, görünən Kainatda qaranlıq maddənin paylanmasının ən ətraflı xəritəsini tərtib ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Durham Universitetinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yeni xəritə “Habl” teleskopu tərəfindən hazırlanmış oxşar xəritələrdən iki dəfə böyükdür.

Elm adamları kainatın nəhəng üçölçülü şəbəkə kimi qurulduğunu irəli sürürlər. Astronomlar ümid edirlər ki, bu şəbəkənin müşahidəsi qalaktikaların böyümə mexanizmlərini və kainatın bütün strukturunun formalaşmasını müəyyənləşdirməyə kömək edəcək.

Mənbə: https://sonxeber.az/386362/kosmik-teleskop-kainatdaki-qaranliq-maddenin-xeritesini-tertib-etdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button