Niyaməddin Musayevin qızı işdən çıxarıldı - Admenasi
Sosial

Niyaməddin Musayevin qızı işdən çıxarıldı

Xalq artisti Niyaməddin Musayevin FHN-də işləyən qızı Röya Musayeva öz ərizəsi ilə işdən çıxarılıb.

Sonxeber.az-ın Manset.az-a istinadən məlumatına görə, bununla bağlı bir müddət əvvəl fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Əmrə əsasən, FHN-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsində baş məsləhətçi vəzifəsində çalışan Röya Musayeva tutduğu vəzifədən azad edilib.

Bir müddət əvvəl mətbuatda onun polkovnik rütbəsi daşıdığı iddia edilsə də, əslində Röya Musayevanın hərbi rütbəsi olmayıb.

Məlumatı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətdən Manset.az-a təsdiqləyiblər.

Mənbə: https://sonxeber.az/386338/niyameddin-musayevin-qizi-isden-cixarildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button