Güclü fırtına məscid minarəsinə ziyan vurub - Admenasi
Hadise

Güclü fırtına məscid minarəsinə ziyan vurub

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda baş verən güclü fırtına nəticəsində məscid minarəsinə ziyan dəyib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Armutalan məhəlləsində yerləşən Mərkəz məscidində qeydə alınıb.

Məlumata görə, axşam saat 18:30 radələrində başlayan şiddətli külək minarənin külah hissəsinə zərər yetirib. Ətrafdakıların məlumat verməsindən sonra hadisə yerinə yanğınsöndürənlər və bələdiyyə əməkdaşları cəlb olunub.

Təhlükəsizlik məqsədilə vətəndaşlara minarəyə yaxınlaşmamaq barədə xəbərdarlıq edilib. Görülən işlər nəticəsində zədələnmiş hissə ehtiyat tədbiri olaraq yerə endirilib.

Bildirilib ki, minarənin külahı təmir edildikdən sonra yenidən yerinə quraşdırılacaq.

Mənbə: https://sonxeber.az/386324/guclu-firtina-mescid-minaresine-ziyan-vurub

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button