Anasının cənazəsində qardaşını güllələdi – VİDEO

İstanbulun Kağıthane rayonunda baş verən silahlı insident faciə ilə nəticələnib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, anaları Nuriye Mutlunun cənazə namazına qatılan iki qardaş arasında namazdan sonra miras üstündə yaranan mübahisə qanlı sonluqla bitib.
Hadisə saat 16:30 radələrində Nurtepe məhəlləsində yerləşən məsciddə qeydə alınıb. İddiaya görə, aralarında miras bölgüsü ilə bağlı uzun müddətdir narazılıq olan Mustafa Mutlu və Mehmet Mutlu qardaşlar analarının dəfn mərasimində iştirak ediblər. Cənazə namazından sonra tərəflər arasında mübahisə yaranıb.
Qısa müddətdə davaya çevrilən münaqişə zamanı Mustafa Mutlu üzərindəki silahdan istifadə edərək qardaşı Mehmet Mutluya baş və qarın nahiyəsindən atəş açıb.
Hadisə yerinə çağırılan təcili tibbi yardım və polis əməkdaşları ağır yaralanan Mehmet Mutlunu Prof. Dr. Cemil Taşçıoğlu Şəhər Xəstəxanasına çatdırıblar. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Şübhəli Mustafa Mutlu isə hadisə yerində Kağıthane Asayiş Bürosunun əməkdaşları tərəfindən saxlanılıb. Ondan istifadə etdiyi lisenziyasız tapança götürülüb. Məlumata görə, Mustafa Mutlunun polis qeydiyyatında qəsdən xəsarət yetirmə də daxil olmaqla 10 cinayət faktı var.
Video ucun menbeyey baxin: https://sonxeber.az/386322/anasinin-cenazesinde-qardasini-gulleledi-video
Mənbə: https://sonxeber.az/386322/anasinin-cenazesinde-qardasini-gulleledi-video



