Ağcabədidə 1 yaşlı körpə qıcolmadan vəfat etdi - Admenasi
Sosial

Ağcabədidə 1 yaşlı körpə qıcolmadan vəfat etdi

Ötən gün Ağcabədidə 1 yaşlı körpə vəfat edib.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından “Qafqazinfo”ya verilən məlumata əsasən, yanvarın 13-ü saat 23:30 radələrində 2025-ci il təvəllüdlü körpə (qadın) qıcolma spazması diaqnozu ilə xəstəxananın Uşaq şöbəsinə hospitalizasiya olunub.

“Daha sonra yanvarın 14-ü körpənin valideynləri iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.

Yanvarın 16-sı saat 11:40 radələrində körpə yenidən yuxarı tənəffüs yollarının infeksiyası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Tibb müəssisəsində körpənin müalicəsinə başlanılıb və müsbət dinamika müşahidə olunub.

Yanvarın 25-də körpədə yenidən qıcolmalar müşahidə olunub. Dərhal mütəxəssislərlə konsilium aparılıb. Lakin aparılan müalicə və reanimasiyon tədbirlərinə baxmayaraq saat 19:30 radələrində körpənin ölüm faktı qeydə alınıb”, – məlumatda deyilir.

Mənbə: https://sonxeber.az/386258/agcabedide-1-yasli-korpe-qicolmadan-vefat-etdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button