Magistraturaya sənəd qəbulu başa çatır - Admenasi
Sosial

Magistraturaya sənəd qəbulu başa çatır

İmtahana qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu bu gün saat 23:59-da davam edəcəkdir.
Sonxeber.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, 26 yanvar saat 09:00-a olan məlumata əsasən, 20 346 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi – 18 542; rus bölməsi – 1 804).

Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərindəki hesablarına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Daha sonra bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir. İmtahanda yalnız elektron ərizəsini təsdiq edilmiş bakalavrlar iştirak edə bilərlər.

İmtahan 2026-cı il fevralın 15-də keçiriləcək. İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni imtahana dörd-beş gün qalmış çap edə biləcəklər.

Mənbə: https://sonxeber.az/386214/magistraturaya-sened-qebulu-basa-catir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button