Polisi təhqir edib “Bacarırsızsa tapın məni” deyən gənc qız saxlanıldı – VİDEO

Türkiyənin Samsun vilayətinin Atakum rayonunda sosial şəbəkə hesabından polisi hədəf alan, söyüş və təhqir məzmunlu video paylaşan 24 yaşlı İ.K. adlı qadın polis əməkdaşları tərəfindən saxlanılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, İ.K. sosial mediada paylaşdığı videoda polisə qarşı təhqiramiz ifadələr işlədərək, “Məni hər yerdə axtarırsınız, elə deyilmi? Buyurun. Gedib sizə prim verməyəcəyəm. Nə vaxt təslim olacağımı özüm bilirəm. Bacarırsınızsa, tapın məni” deyə açıqlama verib.
Videonu görən vətəndaşların müraciətindən sonra hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib və şübhəli şəxs saxlanılıb. İfadə verməsi üçün polis idarəsinə aparılan İ.K. barəsində Samsun Asliye Cəza İlamat Masası tərəfindən daha əvvəl “təhdid” maddəsi ilə 5 ay müddətinə qüvvəyə minmiş həbs cəzasının olduğu müəyyən edilib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/386210/polisi-tehqir-edib-bacarirsizsa-tapin-meni-deyen-genc-qiz-saxlanildi-video



