Çində istirahətsiz işləyən 32 yaşlı proqramçı öldü - Admenasi
Dunyada

Çində istirahətsiz işləyən 32 yaşlı proqramçı öldü

Çində uzun saatlar işləyən 32 yaşlı proqramçı Qao Quanhuey vəfat edib. Hadisə onun evdə iş tapşırıqlarını yerinə yetirərkən baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə “Mothership” məlumat yayıb.

Gənc qəfildən huşunu itirib. Qohumları proqramçını xəstəxanaya aparıblar, lakin onu xilas etmək mümkün olmayıb. Ölümün səbəbi ürək çatışmazlığı olub.

Qeyd olunur ki, faciədən bir müddət əvvəl Qao şöbə müdiri vəzifəsinə yüksəlib və nəticədə mütəmadi olaraq əlavə iş saatlarında çalışıb.

Ailəsi hesab edir ki, onun ölümünün səbəbi həddindən artıq iş yüküdür və təzminat tələbi ilə məhkəməyə müraciət edib.

Hadisənin şəraiti və əlavə iş saatları iddiaları ilə bağlı hazırda araşdırma aparılır.

Mənbə: https://sonxeber.az/386186/cinde-istirahetsiz-isleyen-32-yasli-proqramci-oldu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button