Tikilməkdə olan evlərin naqillərini oğurlayan şəxslər saxlanılıblar - Admenasi
Hadise

Tikilməkdə olan evlərin naqillərini oğurlayan şəxslər saxlanılıblar

Tikilməkdə olan evlərin naqillərini oğurlayan şəxslər saxlanılıblar.

Sonxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Qaradağ rayonu ərazisində yerləşən yarımtikililərin birindən 110 metr naqil və təmir-tikinti alətləri oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən V.Əmirov və A.Bəbirov müəyyən olunaraq saxlanılıblar. Onların rayon ərazisində daha iki yarımtikilidən də oğurluq etdikləri müəyyən olunub.

Mənbə: https://sonxeber.az/386171/tikilmekde-olan-evlerin-naqillerini-ogurlayan-sexsler-saxlaniliblar

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button