Rusiyanın hücumundan sonra Kiyevdə 1600-dən çox ev istiliksiz qalıb

Ukraynanın paytaxtı Kiyevdə yanvarın 24-də Rusiyanın hücumundan sonra 1676 çoxmərtəbəli binanın sakinləri istiliksiz qalıb.
“Report”u xəbər verir ki, Kiyev meri Vitali Kliçko bu barədə özünün “Telegram” kanalında məlumat paylaşıb.
O qeyd edib ki, kommunal xidmət və enerji işçiləri ötən gün axşamdan bəri 1600-dən çox evə istilik verilişini bərpa ediblər.
“Vacib infrastruktura dəyən ziyan nəticəsində dünən paytaxtda təxminən 6000 ev yenidən istiliksiz qalıb”, – Kliçko yazıb.
O əlavə edib ki, kommunal xidmət işçiləri paytaxtda istiliyin tam bərpası üçün işlərini davam etdirirlər.
Xatırladaq ki, yanvarın 20-də Rusiya qüvvələrinin atəşi nəticəsində Kiyevdə 5600-dən çox çoxmərtəbəli bina istiliksiz qalıb.
Mənbə: https://sonxeber.az/386164/rusiyanin-hucumundan-sonra-kiyevde-1600-den-cox-ev-istiliksiz-qalib



