Bu ölkədə süni intellekt qanunla tənzimləndi - Admenasi
Dunyada

Bu ölkədə süni intellekt qanunla tənzimləndi

Cənubi Koreya süni intellekt sahəsini tənzimləyən dünyada ilk kompleks qanunvericilik paketini qəbul edib.

Axşam.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Yeni qaydalara əsasən, nüvə təhlükəsizliyi, su təchizatı, nəqliyyat, səhiyyə və maliyyə qiymətləndirmələri kimi kritik sahələrdə süni intellektdən istifadə zamanı mütləq insan nəzarəti təmin olunmalıdır.

Qanun, həmçinin, istifadəçilərin süni intellektdən istifadə edən məhsul və ya xidmətlər barədə əvvəlcədən məlumatlandırılmasını və süni mənşəyi açıq olmayan kontentin məcburi şəkildə işarələnməsini tələb edir. Qaydaların pozulmasına görə 30 milyon vona qədər cərimə nəzərdə tutulur.

Mənbə: https://sonxeber.az/386160/bu-olkede-suni-intellekt-qanunla-tenzimlendi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button