Suriya azad edilmiş yataqlarda neft hasilatına başlayıb - Admenasi
Dunyada

Suriya azad edilmiş yataqlarda neft hasilatına başlayıb

Suriyanın dövlət neft şirkəti “Syrian Petroleum” Rakka və Deyr-əz-Zor vilayətlərində yeni azad edilmiş yataqlarda hasilatın başladığını elan edib.

“Report” SANA-ya istinadən xəbər verir ki, bu barədə şirkətin kommunikasiya direktoru Safvan Şeyx Ahmad bildirib.

Onun sözlərinə görə, hasil edilən neftin Homsda və Baniyasda neft emalı zavodlarına tədarükünə də artıq başlanılıb.

“Şirkətin texniki işçi heyəti bu yataqların istismara qaytarılması üzrə kompleks plan çərçivəsində yeni azad edilmiş yataqlarda neft hasilatı və onun Homs və Baniyasda yerləşən neft emalı zavodlarına nəql edilməsi işlərinə başlayıb”, – deyə o bildirib.

Mənbə: https://sonxeber.az/386103/suriya-azad-edilmis-yataqlarda-neft-hasilatina-baslayib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button