Sosial
Məktəblərdə bu tarixlərdə DƏRS OLMAYACAQ

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayacaq.
Metbuat.az xəbər verir ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” müvafiq qərarına əsasən, ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ili üzrə qış tətili yanvarın 27-dən başlayacaq.
Tətil 27 – 31 yanvar tarixlərini əhatə edəcək və 5 gün davam edəcək. Qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Qeyd edək ki, 5 günlük və 6 günlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətildən sonrakı ilk dərs günü 2 fevral 2026-cı il tarixidir.
Mənbə: https://sonxeber.az/386099/mekteblerde-bu-tarixlerde-ders-olmayacaq



