Bakıda özünü QAZ İDARƏSİNİN ƏMƏKDAŞI kimi təqdim edən şəxs saxlanıldı - Admenasi
Hadise

Bakıda özünü QAZ İDARƏSİNİN ƏMƏKDAŞI kimi təqdim edən şəxs saxlanıldı

Xəzər rayonunda naməlum şəxsin evləri gəzərək qaz sayğacının qüsurla işlədiyi və s. səbəblər irəli sürməklə, onun dəyişdirilməsi adı altında vətəndaşlardan pul aldığı barədə polisə məlumat daxil olub.

Sonxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən dələduzluq əməllərini törətməkdə şübhəli bilinən Yusif Mərdan oğlu Ağayev saxlanılıb. Onun törətdiyi əməllərlə bağlı araşdırma aparılır. Y.Ağayevin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə polisə müraciət edə bilərlər.

Mənbə: https://sonxeber.az/386047/bakida-ozunu-qaz-idaresinin-emekdasi-kimi-teqdim-eden-sexs-saxlanildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button