Əfqanıstanda üç gün ərzində yağan qar və leysan yağışlar 60-dan çox insanın həyatına son qoyub - Admenasi
Dunyada

Əfqanıstanda üç gün ərzində yağan qar və leysan yağışlar 60-dan çox insanın həyatına son qoyub

Əfqanıstanda son üç gündə yağan qar və güclü yağışlar nəticəsində 61 nəfər həyatını itirib.

“Report”un xəbərinə görə, bu barədə Əfqanıstanın Təbii Fəlakətlərlə Mübarizə Milli İdarəsi (ANDMA) “X” sosial şəbəkəsində məlumat yayıb.

“Son üç gündə qar və yağış səbəbindən yaranmış itki və dağıntılarla bağlı ilkin məlumatlara görə: 61 nəfər ölüb, 110 nəfər yaralanıb və 458 ev qismən və ya tamamilə dağılıb”, – məlumatda bildirilir.

ANDMA-nın dərc etdiyi xəritəyə əsasən, ölüm halları çərşənbə gündən cümə gününə qədər olan müddətdə, əsasən ölkənin mərkəzi və şimal vilayətlərində qeydə alınıb.

Mənbə: https://sonxeber.az/386037/efqanistanda-uc-gun-erzinde-yagan-qar-ve-leysan-yagislar-60-dan-cox-insanin-heyatina-son-qoyub

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button