Tıxacın ortasında sürücülər bir-birinə hücum etdi – VİDEO

İstanbulda servis sürücüsü ilə taksi sürücüsü arasında yaranan mübahisə qısa zamanda yumruqlu davaya çevrilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə İstanbulun Pendik rayonunda, nəqliyyatın ən sıx olduğu saatlarda baş verib.
Məlumata görə, hərəkətdə olan servis mikroavtobusunun sürücüsü ilə taksi sürücüsü arasında naməlum səbəbdən mübahisə yaranıb. Gərginliyin sürətlə artması nəticəsində tərəflər bir-birinə fiziki müdaxilə edib.
Ətrafda olan vətəndaşların təəccüblü baxışları altında sürücülər yumruqlaşmağa başlayıb. Yoldan keçən digər sürücülər və vətəndaşlar davaya müdaxilə edərək tərəfləri ayırmağa çalışıblar.
Yaşanan insident həmin an orada olan başqa bir sürücünün mobil telefon kamerası ilə saniyə-saniyə qeydə alınıb. Görüntülərdə sürücülərin bir-birinə zərbələr endirdiyi, ətrafdakı şəxslərin isə onları sakitləşdirməyə cəhd göstərdiyi aydın görünür.
Hadisə ilə bağlı araşdırma aparıldığı bildirilir.
Video ucun menbeyey baxin: https://sonxeber.az/386008/tixacin-ortasinda-suruculer-bir-birine-hucum-etdi-video
Mənbə: https://sonxeber.az/386008/tixacin-ortasinda-suruculer-bir-birine-hucum-etdi-video



