Sosial
Kamran Əsədov həbs edildi

Son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı təqsirləndirilən təhsil eksperti Kamran Əsədov həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, Gəncə Şəhər Məhkəməsi belə qərar verib.
Prokuror təqsirləndirilən şəxsin qətimkan tədbiri şərtlərini pozduğu üçün seçilmiş qətimkan tədbirinin həbslə əvəz edilməsini istəyib.
Məhkəmə təqdimatı əsaslı hesab edib. K.Əsədov məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, ötən gün iş üzrə şahidlərdən biri ifadəsində Kamran Əsədovun məhkəməyə gəlməməsi üçün ona təsir etdiyini demişdi.



