Nəfəs kəsən anlar: Timsahın hücumundan möcüzəvi şəkildə xilas oldu – VİDEO

Zambiyada qeydə alınan görüntülərdə bir suöküzünün timsahın hücumundan möcüzəvi şəkildə qurtulduğu anlar əks olunub.
Sonxeber.az xəbər verir ki, hadisə “Lower Zambezi” çayında baş verib.
Görüntülərdə sürü halında çayı keçməyə çalışan heyvan timsahın hücumuna məruz qalır. Sürüdən bir nəhəng ot yeyən heyvan timsahın çənəsindən çıxaraq qayaya çıxır və təhlükəsiz sahəyə doğru uzaqlaşır.
Ekspertlər belə halların nadir olduğunu və heyvanın çevik hərəkət qabiliyyətinin onu ölümcül hücumlardan xilas edə bildiyini bildirirlər. Görüntülər izləyicilər arasında böyük maraqla qarşılanıb.
Video ucun menbeyey baxin: https://sonxeber.az/386001/nefes-kesen-anlar-timsahin-hucumundan-mocuzevi-sekilde-xilas-oldu-video
Mənbə: https://sonxeber.az/386001/nefes-kesen-anlar-timsahin-hucumundan-mocuzevi-sekilde-xilas-oldu-video



