Bələdiyyə sədri alkoqol servisi ilə bağlı obyektin lisenziyasını ləğv etdi - VİDEO - Admenasi
Sosial

Bələdiyyə sədri alkoqol servisi ilə bağlı obyektin lisenziyasını ləğv etdi – VİDEO

Türkiyənin Bahçelievler rayonunun bələdiyyə sədri Hakan Bahadır polis əməkdaşları ilə birlikdə apardığı yoxlama zamanı üst mərtəbəsində alkoqollu içki servisi edildiyi iddia olunan inhisar mağazasının fəaliyyət lisenziyasını ləğv edib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, yoxlama zamanı qeydə alınan görüntülər daha sonra sosial şəbəkələrdə paylaşılıb. Kadrlarda bələdiyyə sədri obyektin yuxarı mərtəbəsində alkoqollu içki qəbul edən şəxslərə müraciət edərək, “İçki içmək azaddır. Meyxanada, restoranda, evdə… Amma burada qadağandır,” deyə bildirib.

Daha sonra zabıta əməkdaşlarına göstəriş verən Hakan Bahadır obyektin möhürlənməsini və lisenziyasının ləğv edilməsini tapşırıb.

Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi bələdiyyə sədrinin qərarını qanuni və doğru hesab edərək ona dəstək verib, digər qismi isə “İnsan öz mağazasının üst mərtəbəsində ailəsi və dostları ilə oturub içki içə bilməzmi?” deyə qərarı tənqid edib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385984/belediyye-sedri-alkoqol-servisi-ile-bagli-obyektin-lisenziyasini-legv-etdi-video

Mənbə: https://sonxeber.az/385984/belediyye-sedri-alkoqol-servisi-ile-bagli-obyektin-lisenziyasini-legv-etdi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button