14 yaşlı qız evdə ölü tapıldı – VİDEO

Türkiyənin Mardin şəhərinin Derik rayonunda 14 yaşlı Nur Banu Ötünç evdə tabancayla vurulmuş halda ölü tapılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə yerli vaxtla axşam saatlarında Şahverdi məhəlləsinin Çavuşlu kəndində baş verib.
Valideynləri işləmək üçün Antalya şəhərində olan Nur Banu Ötünç halasının evində qalırmış. O, evdə 3-4 yaşlı iki kiçik kuzeni ilə birlikdə olub. Evdən keçən bir çoban uşaqların pəncərədən kömək istədiyini eşidib. Çoban uşaqları həyatdan çıxarıb, sonradan evə daxil olduqda Nur Banu Ötünçün silahla vurulmuş halda olduğunu görüb. Hadisə barədə dərhal səhiyyə və jandarma xidmətlərinə məlumat verilib.
Nur Banu Ötünç əvvəlcə Derik Dövlət Xəstəxanasına, sonra isə Mardin Təhsil və Araşdırma Xəstəxanasının morquna aparılıb. Qızın intihar edib-etmədiyi, yoxsa silahın təsadüfən atəş alması nəticəsində öldüyü otopsiya və aparılan araşdırmadan sonra müəyyən ediləcək. Jandarma faktla bağlı istintaqa davam edir.
Video ucun menbeyey baxin: https://sonxeber.az/385989/14-yasli-qiz-evde-olu-tapildi-video
Mənbə: https://sonxeber.az/385989/14-yasli-qiz-evde-olu-tapildi-video



