Arif Babayevin qardaşı oğlu vəzifəsindən azad edildi - Admenasi
Sosial

Arif Babayevin qardaşı oğlu vəzifəsindən azad edildi

Azərbaycanın gənclər və idman nazirinin müşaviri Hikmət Babayev işdən çıxarılıb.

Sonxeber.az Demokrat.az-a istinadən xəbər verir ki, nazir Fərid Qayıbovun müvafiq əmri ilə Hikmət Babayev müşavir vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə Hikmət Babayev idman komplekslərindən birinə direktor müavini təyin edilib.

Qeyd edək ki, Hikmət Babayev 2023-cü ildən sözügedən vəzifədə çalışırdı.

Onu da bildirək ki, Hikmət Babayev mərhum Xalq artisti Arif Babayevin qardaşı oğludur.

Mənbə: https://sonxeber.az/385983/arif-babayevin-qardasi-oglu-vezifesinden-azad-edildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button