Avtomobilin sonradan dəyişdirildiyi ekspertizada üzə çıxdı, sahibi xəstəxanalıq oldu - VIDEO - Admenasi
Hadise

Avtomobilin sonradan dəyişdirildiyi ekspertizada üzə çıxdı, sahibi xəstəxanalıq oldu – VIDEO

Türkiyədə ikinci əl avtomobil alqı-satqısı zamanı aparılan ekspertiza yoxlaması zamanı avtomobilin tavanının dəyişdirildiyi və sonradan “sunroof” (açılan tavan) əlavə edildiyi məlum olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə yanvarın 10-da Ankaranın Cebeci məhəlləsində yerləşən oto-ekspertiza mərkəzində baş verib. Məlumata görə, adının açıqlanmasını istəməyən avtomobil sahibi nəqliyyat vasitəsini satmaq üçün alıcı ilə razılığa gəlib və avtomobil ekspertizaya aparılıb. Yoxlama zamanı fabrik çıxışında sunroofsuz olan modelin tavanının dəyişdirildiyi və sonradan sunroof quraşdırıldığı müəyyən edilib. Bu səbəbdən alıcı alqı-satqıdan imtina edib.

Baş verənlərdən sonra avtomobil sahibi ekspertiza mərkəzində özünü pis hiss edib. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən ilkin yardım göstərildikdən sonra o, xəstəxanaya aparılıb.

Ekspertiza aparan Enes Morkoç bildirib ki, avtomobilin mikron göstəriciləri normaya uyğun olduğundan tavanın dəyişdirildiyini yalnız detallı yoxlama və servis qeydləri əsasında müəyyən etmək mümkün olub. Onun sözlərinə görə, nə alıcının, nə də satıcının bu dəyişiklikdən əvvəlcədən xəbəri olmayıb. Morkoç ikinci əl avtomobil alarkən mütləq etibarlı və korporativ ekspertiza şirkətlərinə müraciət edilməsinin vacibliyini vurğulayıb.

Hadisə ikinci əl avtomobil bazarında ekspertiza yoxlamalarının əhəmiyyətini bir daha gündəmə gətirib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385982/avtomobilin-sonradan-deyisdirildiyi-ekspertizada-uze-cixdi-sahibi-xestexanaliq-oldu-video

Mənbə: https://sonxeber.az/385982/avtomobilin-sonradan-deyisdirildiyi-ekspertizada-uze-cixdi-sahibi-xestexanaliq-oldu-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button