Pakistanda çəkildiyi iddia olunan görüntülər geniş müzakirələrə səbəb oldu – VİDEO

Pakistanın Kasur şəhərində yerləşən bir fermaya polis tərəfindən təşkil olunan reyd ölkə gündəmini silkələyib.
Sonxeber.az xəbər verir ki, yerli mediada yayılan məlumatlara görə, reyd zamanı Pakistan Ordusunda xidmət edən yüksək rütbəli zabitlərin övladları olduğu iddia edilən 55 nəfər saxlanılıb.
Hadisədən sonra əməliyyatı həyata keçirən polis əməkdaşının qısa müddət ərzində vəzifəsindən uzaqlaşdırılması cəmiyyətdə ciddi narazılıq doğurub. Bu addım ölkədə uzun müddətdir müzakirə olunan “ikili standartlar” və hüquq qarşısında bərabərsiz münasibət məsələsini yenidən gündəmə gətirib.
Bir çox vətəndaş hüquq-mühafizə orqanlarının təzyiqlərə boyun əydiyini, nüfuzlu şəxslərin ailə üzvlərinə qarşı fərqli münasibət göstərildiyini bildirir.
Rəsmi qurumlar isə hadisə ilə bağlı araşdırmaların davam etdiyini açıqlayıb. İctimaiyyət reydin nəticələri və polis əməkdaşının işdən çıxarılmasının səbəbləri ilə bağlı şəffaf açıqlama gözləyir.
Video ucun menbeyey baxin: https://sonxeber.az/385965/pakistanda-cekildiyi-iddia-olunan-goruntuler-genis-muzakirelere-sebeb-oldu-video



