Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar təkrar bir il dayandırılır - Admenasi
Sosial

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar təkrar bir il dayandırılır

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2028-ci il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur.

Son xeber.az xəbər verir ki, bu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Qeyd edilib ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən yoxlamalar (qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) dayandırılıb. Təklif olunan qanun layihəsi həmin müddətin daha bir il uzadılmasını nəzərdə tutur.

Mənbə: https://sonxeber.az/385953/azerbaycanda-sahibkarliq-sahesinde-yoxlamalar-daha-1-il-dayandirilir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button