Şəkidə evdə partlayış oldu (VİDEO) - Admenasi
Hadise

Şəkidə evdə partlayış oldu (VİDEO)

Sonxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Baş Zəyzid kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 180kv.m. olan fərdi yaşayış evində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub. Partlayış nəticəsində evə ziyan dəyib, xəsarət alan olmayıb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Mənbə: https://sonxeber.az/385943/sekide-evde-partlayis-oldu-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button