Düzgün danışa bilmirsən deyib, 76 yaşlı qadının pensiyasını vermədilər - Admenasi
Hadise

Düzgün danışa bilmirsən deyib, 76 yaşlı qadının pensiyasını vermədilər

Aydında 76 yaşlı qadın mərhum həyat yoldaşından qalan pensiyanı almaq istəyərkən bankada gözlənilməz vəziyyətlə üzləşib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, İncirliova rayonunun Cumhuriyet məhəlləsində yaşayan Zeynep Benli 8 dekabr 2025-ci ildə həyat yoldaşını itirib. Daha sonra Sosial Təminat Qurumuna (SGK) müraciət edən qadına ərindən qalan pensiya təyin olunub.

Zeynep Benli bir müddət əvvəl dövlət bankasından dəfn xərcləri üçün hesabına köçürülən məbləği çəkib. Ardınca ona bağlanan pensiyanı almaq üçün özəl bankın İncirliova filialına müraciət edib. Lakin bank əməkdaşları yaşlı qadının danışığının düzgün olmadığı və onu anlamaqda çətinlik çəkdiklərini əsas gətirərək hesab aça bilməyəcəklərini və “hovuzda” gözləyən pensiya vəsaitinin də ödənilməyəcəyini bildiriblər.

Baş verənlərə etiraz edən Zeynep Benli, sağlam düşüncəyə sahib olduğunu vurğulayaraq, “Ağlım başımdadır, imza ata bilirəm. Sadəcə olaraq işçilərin istədiyi kimi sürətli oxuyub-yaza bilmirəm. Adıma köçürülən pulu vermirlər”, – deyə narazılığını ifadə edib. Yaşlı qadın məsələ ilə bağlı aidiyyəti qurumlardan kömək istəyib.

Hadisə bank xidmətlərində yaşlı və xüsusi həssas qruplara yanaşma mövzusunu yenidən gündəmə gətirib.

Mənbə: https://sonxeber.az/385940/duzgun-danisa-bilmirsen-deyib-76-yasli-qadinin-pensiyasini-vermediler

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button