Hadise
Hərəkətdə olan qatara minməyə çalışan ata və oğlu ölüm təhlükəsi ilə üzləşdi

Hindistanda hərəkətdə olan qatara minməyə çalışan ata və oğlu platforma boyunca sürüklənib. Hadisə Prayagraj Dəmir Yolu Stansiyasında baş verib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, ata qucağında saxladığı oğlunu buraxmayaraq relslərin altına düşmə təhlükəsi ilə üzləşib. Hadisəni görən dəmir yolu əməkdaşları və sərnişinlərin vaxtında müdaxiləsi nəticəsində ata və uşaq təhlükəsiz şəkildə xilas edilib.
Şimal Dəmir Yolları İdarəsinin rəsmiləri hərəkətdə olan qatarlara minməyin qadağan olunduğunu xatırladaraq, bu cür cəhdlərin insan həyatı üçün ciddi təhlükə yaratdığını vurğulayıb.



