Güclü qar Lerikdə bir ailəni evsiz qoydu - Video - Admenasi
Sosial

Güclü qar Lerikdə bir ailəni evsiz qoydu – Video

Lerikdə güclü qarın ağırlığına tab gətirməyən evin dam örtüyü uçub. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun 1 metrdən çox qar yağan Hamarmeşə kəndində qeydə alınıb. Belə ki, intensiv qar kənd sakini Asəf Muradova məxsus fərdi yaşayış evinin dam örtüyünü sıradan çıxarıb. Xoşbəxtlikdən evdə ailə üzvlərindən xəsarət alan olmayıb. Damın uçması səbəbindən ev yaşayış üçün yararsız hala düşüb, əşyalar qonşuların köməyi ilə təhlükəsiz şəkildə yaxınlıqdakı evə daşınıb. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib, ailə müvəqqəti olaraq qohumlarının evinə yerləşdirilib.

Mənbə: https://sonxeber.az/385894/guclu-qar-lerikde-bir-aileni-evsiz-qoydu-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button