Təyyarəyə minərkən paylaşım etdi, "Qalatasaray" azarkeşləri həyəcanlandı - VİDEO - Admenasi
Idman

Təyyarəyə minərkən paylaşım etdi, “Qalatasaray” azarkeşləri həyəcanlandı – VİDEO

“Club Brugge” klubunun formasını geyinən və “Qalatasaray”ın transfer gündəmində yer alan Nigeriyalı yarımmüdafiəçi Rafael Onyedika sosial şəbəkədə etdiyi paylaşım ilə diqqət çəkib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, futbolçunun “Qalatasaray”ın oyununun keçirildiyi vaxtda təyyarəyə mindiyi anı paylaşması “sarı-qırmızılı” azarkeşlər arasında böyük həyəcan yaradıb. Sözügedən paylaşım qısa müddətdə geniş müzakirələrə səbəb olub və mümkün transfer iddialarını daha da gücləndirib.

Azarkeşlər Onyedikanın bu paylaşımını “Qalatasaray”a transfer ehtimalı ilə əlaqələndirsələr də, nə klub, nə də futbolçunun özü tərəfindən rəsmi açıqlama verilib.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi “Club Brugge”də göstərdiyi stabil çıxışla bir sıra Avropa klublarının diqqətini cəlb edib. “Qalatasaray”ın isə heyətini gücləndirmək üçün futbolçu ilə maraqlandığı iddia olunur.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385890/teyyareye-minerken-paylasim-etdi-qalatasaray-azarkesleri-heyecanlandi-video

Mənbə: https://sonxeber.az/385890/teyyareye-minerken-paylasim-etdi-qalatasaray-azarkesleri-heyecanlandi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button