Yanvar ayı üzrə pensiyalar ÖDƏNİLDİ - Admenasi
Sosial

Yanvar ayı üzrə pensiyalar ÖDƏNİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə yanvar ayının pensiya ödənişini yekunlaşdırıb.

Nazirlikdən Sonxeber.az-a verilən məlumata görə, yanvarın 13-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Mənbə: https://sonxeber.az/385891/yanvar-ayi-uzre-pensiyalar-odenildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button