İsveçrədən Azərbaycana gətirilən uşaq qidasında TƏHLÜKƏLİ bakterial toksin tapıldı - Admenasi
Sosial

İsveçrədən Azərbaycana gətirilən uşaq qidasında TƏHLÜKƏLİ bakterial toksin tapıldı

İsveçrədən Azərbaycana idxal edilən “Swissneo 1” uşaq qidasında “Sereulid” çirkləndiricisi aşkarlanıb.

Bu barədə Sonxeber.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, sözügedən mövzu ilə bağlı Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə agentliyə bildiriş daxil olub.

Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Qeyd edək ki, “Sereulid” düzgün saxlanmayan qidalarda yaranan, istiliyə davamlı və sağlamlıq üçün təhlükəli bakterial toksindir.

Mənbə: https://sonxeber.az/385888/isvecreden-azerbaycana-getirilen-usaq-qidasinda-tehlukeli-bakterial-toksin-tapildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button