Türkiyə Prezidenti Ərdoğanla NBA əfsanəsi arasında maraqlı dialoq sosial mediada gündəm oldu - FOTO - Admenasi
Idman

Türkiyə Prezidenti Ərdoğanla NBA əfsanəsi arasında maraqlı dialoq sosial mediada gündəm oldu – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NBA-in əfsanəvi basketbolçularından Şakil O’Nil ilə Basketbol İnkişaf Mərkəzində bir araya gəlib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, səmimi atmosferdə keçən görüşdə tərəflər birlikdə basketbol oynayıb, imzaladıqları topları isə bir-birinə hədiyyə ediblər.

Görüş zamanı yaşanan “Welcome – Səlamünəleyküm” dialoqu sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və qısa müddətdə gündəmə çevrilib. İstifadəçilər bu anları həm səmimi, həm də diqqətçəkən kimi dəyərləndiriblər.

Prezident Ərdoğanla Şakil O’Nilin görüşü idman və diplomatiyanın bir araya gəldiyi maraqlı anlardan biri kimi yadda qalıb.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385850/turkiye-prezidenti-erdoganla-nba-efsanesi-arasinda-maraqli-dialoq-sosial-mediada-gundem-oldu-video

Mənbə: https://sonxeber.az/385850/turkiye-prezidenti-erdoganla-nba-efsanesi-arasinda-maraqli-dialoq-sosial-mediada-gundem-oldu-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button