87 yaşlı qadın dövləti külli miqdarda ziyana saldı - Admenasi
Dunyada

87 yaşlı qadın dövləti külli miqdarda ziyana saldı

Yozqatda 87 yaşlı bir qadının 21 il əvvəl vəfat etmiş bacısının şəxsiyyət vəsiqəsindən istifadə etdiyi məlum olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, araşdırmalar zamanı onun mərhum yeznəsindən qalan pensiya maaşını uzun illər ərzində aldığı, banklardan kreditlər götürdüyü və müxtəlif dövlət qurumları vasitəsilə ümumilikdə 15 milyon TL həcmində maddi qazanc əldə etdiyi müəyyən edilib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində sözügedən qadın və hadisə ilə əlaqəsi olduğu müəyyən edilən daha 3 şübhəli saxlanılıb. Rəsmi qurumlar dövlətə vurulan ziyanın dəqiq məbləğinin hesablanması və məsul şəxslərin müəyyən edilməsi istiqamətində istintaqın davam etdiyini bildiriblər.

Hadisə ictimaiyyətdə böyük rezonans doğurub. Faktla bağlı araşdırmalar davam edir.

Mənbə: https://sonxeber.az/385848/87-yasli-qadin-dovleti-kulli-miqdarda-ziyana-saldi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button