Trampın "dünyanı dəyişəcək" deyilən çıxışı başladı - Admenasi
Dunyada

Trampın “dünyanı dəyişəcək” deyilən çıxışı başladı

ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edir.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, beynəlxalq ictimaiyyətin diqqətlə izlədiyi bu çıxış hələ başlamamışdan əvvəl böyük marağa səbəb olub.

Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff çıxışdan öncə verdiyi açıqlamada prezidentin Davosdakı nitqini “dünyanı dəyişəcək bir çıxış” kimi dəyərləndirib. Bu ifadə qlobal siyasət və iqtisadi dairələrdə gözləntiləri daha da artırıb.

Forum çərçivəsində Trampın qlobal iqtisadiyyat, beynəlxalq münasibətlər və ABŞ-ın gələcək siyasəti ilə bağlı mühüm mesajlar verəcəyi gözlənilir. Çıxışın əsas məqamları dünya mediası tərəfindən yaxından izlənir.

Mənbə: https://sonxeber.az/385849/trampin-dunyani-deyisecek-deyilen-cixisi-basladi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button