Dünya ondan danışır! Həyatdan sıxılıb “canlı parkinq baryeri” oldu – VİDEO

Çində çəkildiyi bildirilən və bir kişinin özünü “canlı parkinq baryeri” kimi aparmasını əks etdirən görüntülər sosial mediada sürətlə yayılaraq dünya gündəminə düşüb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, videoda başına uzun çubuq bağlayan şəxsin avtomobillərin gəlişinə uyğun olaraq əyilib-düzələrək parkinq girişini baryer kimi bağladığı görünür.
TikTok və Instagram-da milyonlarla baxış toplayan video, bəzi istifadəçilər tərəfindən həyatın monotonluğuna və müasir yaşamın təzyiqlərinə qarşı ironik və etiraz xarakterli davranış kimi qiymətləndirilib. Digər tərəfdən, bu görüntülər Çində və beynəlxalq müstəvidə gənclər arasında artan stress, motivasiya itkisi və psixoloji gərginlik mövzularını da yenidən gündəmə gətirib.
Şəxsin kimliyi hələlik məlum deyil. Davranışın “həyatdan bezginlik” səbəbi ilə edildiyi iddia olunsa da, bunun etiraz, diqqət çəkmək və ya sadəcə viral olmaq məqsədi daşıdığı barədə müzakirələr davam edir.
Video ucun menbeyey baxin: https://sonxeber.az/385820/dunya-ondan-danisir-heyatdan-sixilib-canli-parkinq-baryeri-oldu-video
Mənbə: https://sonxeber.az/385820/dunya-ondan-danisir-heyatdan-sixilib-canli-parkinq-baryeri-oldu-video



