Dəhşətli qadın qətli: Keçmiş ər məhkəmə qarşısında

İzmirin Çiğli rayonunda Halil Tezkorkmaz boşandığı həyat yoldaşı Demet Akarsunu bıçaqlayaraq qətlə yetirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə ötən ilin 19 iyulunda Balatçık məhəlləsində baş verib. İyun ayında boşanan cütlük arasında yaranan mübahisə zamanı Halil Tezkorkmaz mətbəxdən götürdüyü bıçaqla Demet Akarsunu 31 bıçaq zərbəsi ilə ağır yaralayıb. Xəstəxanaya çatdırılan 45 yaşlı qadın həkimlərin səylərinə baxmayaraq həyatını itirib.
Məlumata görə, mərhum qadının sanıq barəsində uzaqlaşdırma qərarı olub. Tezkorkmaz hadisə yerində cinayət aləti ilə saxlanılıb və məhkəmə qərarı ilə həbs edilib. Onun əvvəllər də müxtəlif cinayətlərə görə çoxsaylı məhkumluqlarının olduğu bildirilib.
İddianamədə sanığın qan içində yerdə uzanan Demet Akarsunun fotosunu çəkərək bacısına göndərdiyi, daha sonra isə təhdid dolu mesaj yazdığı qeyd olunub. Halil Tezkorkmaz “canavarca hisslə və əzab verərək qəsdən adam öldürmə” maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs cəzası tələbi ilə mühakimə olunur.
Mənbə: https://sonxeber.az/385810/dehsetli-qadin-qetli-kecmis-er-mehkeme-qarsisinda



