"Son zamanlar Mətbuat Şurasına olunan müraciətlərin əksəriyyəti bir sıra yeni saytlarda yayılan saxta xəbərlərlə bağlıdır" - Rəşad Məcid - Admenasi
Sosial

“Son zamanlar Mətbuat Şurasına olunan müraciətlərin əksəriyyəti bir sıra yeni saytlarda yayılan saxta xəbərlərlə bağlıdır” – Rəşad Məcid

Son zamanlar Mətbuat Şurasına bəzi yeni saytlar barədə şikayətlər daxil olur.

“Sonxeber.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, son zamanlar Mətbuat Şurasına olunan müraciətlərin əksəriyyəti bir sıra yeni saytlarda yayılan saxta xəbərlərlə bağlıdır:

“Müraciətlərə baxılır və məlum olur ki, istər televiziyada, istərsə də sosial mediada yayılan saxta xəbərlər cəmiyyətin informasiya təhlükəsizliyi baxımından olduqca risklidir. Azərbaycanın uğurlarına qarşı aparılan qarayaxma kampaniyaları buna nümunə ola bilər. Bütün bunlar dövlət və xalqlar arasında münasibətlərə də təsirsiz ötüşmür”.

Mənbə: https://sonxeber.az/385794/son-zamanlar-metbuat-surasina-olunan-muracietlerin-ekseriyyeti-bir-sira-yeni-saytlarda-yayilan-saxta-xeberlerle-baglidir-resad-mecid

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button