“Mənim heç vaxt çətirim olmayıb” – AMEA-nın prezidenti İsa Həbibbəyli

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) işçilərinin Şəhidlər xiyabanını ziyarəti zamanı AMEA prezidenti İsa Həbibbəyliyə bir işçi çətin tutması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı İsa Həbibbəyli açıqlama yayıb və heç zaman çətirdən istifadə edə bilmədiyini bildirib.
“Həyatım boyu heç vaxt çətirdən istifadə etməmişəm. Evimdə də çətirim olmayıb və hazırda da yoxdur. Dünən Şəhidlər xiyabanına çətirsiz və papaqsız gəlmişdim. Hava küləkli olduğu və qar yağdığı üçün əməkdaşlardan biri mənə yaxınlaşaraq həm özünün, həm də mənim başıma çətin tutmuşdu. Əvvəlcə bunu hiss etməmişdim. Bu hal cəmi bir neçə dəqiqə davam etdiyini deyə bilsən, lakin belə deyil. Ziyarət boyu başıaçıq və çətirsiz olmuşam. Dünən tədbirdən sonra dərhal AMEA-nın saytında və AZƏRTAC-da yerləşdirilən fotolardan da əyani şəkildə görə bilərsiniz. Mən işçiyə mənə çətin tutması ilə bağlı hər hansı bir söz deməmişəm”, – İ.Həbibbəyli qeyd edib.
Mənbə: https://sonxeber.az/385788/menim-hec-vaxt-cetirim-olmayib-isa-hebibbeyli



