Satılmamış spirtli içkilər “gölü”: Dünya alkoqol nəhəngləri ciddi böhran yaşayırlar

Dünyanın aparıcı alkoqol (spirtli içki) istehsalçıları şotland şərabı (skotç), viski, konyak və tekilaya tələbatın azalması səbəbindən böhran yaşayırlar.
Oxu.Az xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, aparıcı spirtli içki istehsalçıları koronavirus pandemiyasından sonra istehsal həcminin kəskin artacağını proqnozlaşdırıblar. Lakin bu strategiya nəticə verməyib, çünki 2020-ci illərin əvvəllərində istehlakın artmasından sonra daha güclü və daha bahalı spirtli içkilərə tələbat azalmağa başlayıb.
Nəticədə alkoqol nəhəngləri satılmamış spirtli içki “gölü” ilə üzləşiblər. Hazırda ən böyük beş istehsalçının tələbatı olmayan alkoqollu içkilərinin ümumi ehtiyatları pul ifadəsində 22 milyard dollara çatıb. Bu, son 10 ildən çox müddətdə ən yüksək inventarizasiya səviyyəsi hesab olunur.
“Remy Cointreau”nun baş direktoru Frank Marilli qiymətlərin məcburi endirilməsi barədə elan edib. Bundan əlavə, istehsalçılar müvəqqəti olaraq fabrikləri bağlayırlar.



